Moskvadakı bütün hava limanları fəaliyyətini dayandırdı
Dünya
Rusiyanın paytaxtı Moskvadakı bütün hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
News24.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb.
Söhbət Vnukovo, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarından gedir.
Bildirilib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub.
Bundan əvvəl, avqustun 14-nə keçən gecə Domodedovo hava limanında da oxşar tədbirlər görülüb.
Hava limanı müəyyən müddət ərzində uçuşları yalnız müvafiq qurumlarla razılaşdırıldıqdan sonra qəbul edib və yola salıb.