Moskvadan uçan təyyarədə yanğın siqnalı işə düşdü – 78 sərnişin olub

Moskvadan uçan təyyarədə yanğın siqnalı işə düşdü – 78 sərnişin olub Dünya

Moskvadan Arxangelskə uçan “Superjet” sərnişin təyyarəsində eniş zamanı baqaj bölməsində yanğınla bağlı xəbərdarlıq siqnalı işə düşüb.

News24.az xəbər verir ki, bu barədə “Life Shot” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “Rossiya Hava Yolları”na məxsus təyyarənin göyərtəsində 78 sərnişin olub. Təyyarə təxminən 900 metr yüksəklikdə olarkən kabinədə baqaj bölməsində yanğın baş verməsi barədə xəbərdarlıq qeydə alınıb.

Hadisəyə dərhal reaksiya verən pilotlar yanğınsöndürmə sistemini işə salıblar. Daha sonra təyyarə Arxangelsk hava limanına uğurla eniş edib.

Təyyarəyə baxış zamanı hər hansı yanğın əlaməti aşkarlanmayıb. Hadisə nəticəsində xəsarət alanlar və ya tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 12-də Hindistanda da sərnişin təyyarəsi kabinədə elektrik batareyasının yanması səbəbindən məcburi eniş edib. Dehlidən Çennaya uçan təyyarə tüstülənmə nəticəsində Haydarabaddakı Rajiv Qandi Beynəlxalq Hava Limanına yönləndirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.