Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Dünya
İranın Ali lideri Müctəba Xamenei mərhum atası Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.
News24.az xəbər verir ki, Müctəba Xamenei müharibənin əvvəlində atasının ölümünə səbəb olan hücum zamanı ağır yaralanıb.
Məlumata görə, onun üz və bədən nahiyəsində yanıqlar, ayağında isə çoxsaylı cərrahi əməliyyat tələb edən ağır xəsarətlər var.
Müctəba Xamenei müharibənin başlanmasından bəri ictimaiyyət qarşısında görünməyib və heç bir audio müraciət yaymayıb.
Mənbələr onun xəsarətlərinin dəqiq ağırlıq dərəcəsinin və bu vəziyyətin liderlik fəaliyyətinə necə təsir göstərə biləcəyinin hələ məlum olmadığını bildiriblər.
İran hakimiyyəti isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib. / NBC News/