Soyuqda işə skuterlə gələn əməkdaşlara BMW bağışladı

Soyuqda işə skuterlə gələn əməkdaşlara BMW bağışladı Dünya

Çində restoran şəbəkəsinin sahibi ən yaxşı işçilərinə yeni BMW avtomobilləri hədiyyə edib.

News24.az xəbər verir ki, “South China Morning Post”un məlumatına görə, Ma Yanli bu addımı işçilərinin soyuq havada elektrikli skuterlərlə işə getməsinə görə atıb.

Avtomobil hədiyyə edilən işçilərdən biri Li adlı qadın olub. O, maşın üçün heç bir ödəniş etmədiyini və hədiyyə ilə bağlı hər hansı müqavilə imzalamadığını bildirib.

Ma Yanli şirkətin uğurunda bütün işçilərin əməyinin olduğunu deyib. O, əməkdaşlarının da şirkətin uğurundan faydalanmasını istədiyini bildirib.

İş adamının bundan əvvəl də bayramlarda işçilərinə pul və müxtəlif hədiyyələr verdiyi qeyd olunub.