Müəllim şagirdindən 800 min alıb mərcə qoydu
Dünya
Rusiyanın Novosibirsk şəhərində keçmiş müəllimin dələduzluğu ilə açılan cinayət işi məhkəməyə göndərilib.
News24.az xəbər verir ki, o, yetkinlik yaşına çatmayan şagirdini və onun anasını aldatmaqda ittiham olunur.
Vilayət yurisdiksiya məhkəmələrinin mətbuat xidmətinin məlumatına görə, səkkizinci sinifdə oxuyan qız təxminən il yarım ərzində ailəsinin əmanətlərindən müəllimə pul köçürüb.
İstintaqın versiyasına əsasən, kişi müəllim statusundan istifadə edərək şagirdi evdəki seyfdən 500 min rubl götürməyə inandırıb. Daha sonra qız həmin vəsaiti müəllimin bank kartına 138 ayrı əməliyyatla köçürüb.
Nəticədə ailəyə dəymiş ziyanın ümumi məbləği 800 min rublu ötüb. İstintaq müəyyən edib ki, müəllim aldığı pulları onlayn kazinolarda mərc oyunlarına xərcləyib.
Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq materialları baxılması üçün məhkəməyə göndərilib.