Müharibənin gizli qalibi Türkiyədir!

Müharibənin gizli qalibi Türkiyədir! Dünya

ABŞ Konqresindəki Respublikaçılara görə, İsrail-İran müharibəsinin “gizli qalibi” Türkiyə ola bilər. Müharibə ilə zəifləyən İsrail və İran qarşısında Türkiyənin uzunmüddətli geosiyasi hədəflərinin gücləndiyi bildirilir. İsrail isə müharibə sonrası "Türkiyənin sərt geosiyasi reallığı" ilə üzləşməli olacaq.

ABŞ-da Respublikaçı Partiyanın nüfuzlu xarici siyasət mütəxəssislərindən olan və bir müddət əvvəl Prezident Donald Trampın administrasiyasında xarici siyasət üzrə müşavirlik etmiş Brandon J. Weichhert, son kulis məlumatlarını The National Interest (NI) jurnalında dərc edib.

Weichhert-in yazdığına görə, ABŞ Konqresindəki Respublikaçı üzvlər İsrail-İran müharibəsinin "səssiz qalibi"nin Türkiyə olduğunu düşünürlər. Onlara görə, İranın zəifləməsi və İsrailin beynəlxalq nüfuzunun zədələnməsi, Ankaranın bölgədəki strateji planlarını gücləndirib. Eyni zamanda, İsrail müharibədən sonra bölgədə Türkiyənin artan nüfuzu ilə hesablaşmaq məcburiyyətində qalacaq.

Tarixi Gərginlik Türkiyənin Lehində Yumşalır

Konqres üzvləri bildirirlər ki, Türkiyə ilə İran arasında tarixi gərginlik mövcuddur və Ankara İranın bölgədə güc mərkəzinə çevrilməsini deyil, öz sərhədləri daxilində qalmasını istəyir. Müharibə nəticəsində bu gərginlik Türkiyənin xeyrinə yumşalmış kimi görünür.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamenti tərəfindən məlumatlandırılan Konqres üzvləri hesab edirlər ki, müharibə yalnız İran və İsrailə deyil, Rusiya, Çin, Pakistan, Hindistan və digər Yaxın Şərq ölkələrinə də təsir edib. Bu vəziyyətdə istisna kimi yalnız Türkiyə göstərilir. Ankaranın bu proseslərdə "səssiz duruşu" isə "strateji mövqe" kimi qiymətləndirilir.

“Hamı ilə keçinə bilən yeganə ölkə” – Türkiyə

Hərçənd sünni və şiə islam ənənələri arasında fərqlər mövcuddur, lakin Ankara ilə Tehran arasında uzun illərə söykənən əməkdaşlıq davam edir. Məlumata görə, Suriyada yerləşən bəzi hərbi bazalardan İranı vurmaq üçün havaya qalxan İsrail qırıcılarına qarşı Türkiyənin elektron müdaxilə sistemləri də istifadə olunub.

Digər tərəfdən, Türkiyə və İsrail arasında ticari münasibətlər də davam edir. Suriyada isə Əhməd Əş-Şara, İranın təsirini zəiflətmək üçün İraq sərhədinə qoşun yeridib və Türkiyədən dəstək alır. Analitiklərə görə, Türkiyə bölgədə “hamı ilə münasibət qura bilən” yeganə dövlətdir.

"Baskın Pozisiya Strategiyası"

Respublikaçı Konqres üzvləri bildirir ki, Türkiyənin bu bölgədəki hədəfləri Osmanlı mirasına söykənən uzunmüddətli planlardır. Ankara, İranın gücünü zəiflədikcə diqqətini İsrailə yönəldəcək və bölgədə üstünlük əldə etməyə çalışacaq.

Yaxın Şərqdə “Türkiyə Gerçəkliyi”

ABŞ-lı siyasətçilərə görə, müharibədən sonra İsraili bölgədə gözləyən əsas reallıq – Türkiyənin müasir hərbi gücü və istehsal qabiliyyətidir. Türkiyə hal-hazırda bölgədəki bir çox ölkədən daha çox sayda silah və hərbi texnika istehsal edir. Bu isə Türkiyənin İsraili, İranın heç vaxt edə bilməyəcəyi şəkildə təhdid edə biləcəyi anlamına gəlir.

Analitiklər hesab edir ki, İranın zəifləməsi ilə Türkiyə Yaxın Şərqdə Osmanlı dövründən bəri görünməmiş ölçüdə nüfuza sahib ola bilər. Güclü və hər zaman döyüşə hazır böyük ordusu ilə Türkiyə, İsrail və onun müttəfiqlərinə sərt bir geosiyasi gerçəkliyi xatırladacaq.

Nazlı