"Münaqişəni həll etmək üçün şans var" - BORREL

"Münaqişəni həll etmək üçün şans var" - BORREL Dünya

"Fələstinlilərlə israillilər arasında növbəti zorakılıqdan sonra beynəlxalq ictimaiyyətin Yaxın Şərq münaqişəsinin qalıcı həlli üçün son şansı var". 

News24.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Cozef Borrell deyib.

“Bu gün əlçatmaz olan yekun və hərtərəfli nizamlanma haqqında düşünmək indi vacibdir. Bu, son fürsətdir, əgər iki dövlət həllində uğur qazanmasaq, özümüzü zorakılıq spiralında tapacağıq”,- Borrell Brüsseldə Aİ diplomatik missiyalarının rəhbərlərinin konfransındakı çıxışında deyib.

Ayşən