Musiqiçi və ailəsi öldürüldü - Dəhşətli qətl

Musiqiçi və ailəsi öldürüldü - Dəhşətli qətl Dünya

Meksikanın paytaxtı Mexiko şəhərində lüks mənzildə dəhşətli qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, musiqi qrupunun üzvü 38 yaşlı bəstəkar Conatan Melendes, 4 aylıq hamilə həyat yoldaşı Ana Paola, 3 yaşlı qızı, evdə işləyən xadimə və ailənin ev iti silahlı hücum nəticəsində öldürülüb.

Melendesin 6 yaşlı övladı isə hadisə yerində xəsarət almadan tapılıb.

Meksika ştatının Baş Prokurorluğu bildirib ki, qurbanlar və ailənin iti yapışqan lentlə bağlanmış vəziyyətdə aşkarlanıb.

3 yaşlı qız və digər iki nəfər başından, bir nəfər isə kürəyindən güllələnib.

Hadisə ilə bağlı iki şübhəli saxlanılıb. Onlardan birinin Melendeslə əlaqələrindən istifadə edərək mənzilə daxil olduğu ehtimal edilir.

Qətllə bağlı araşdırma davam edir.