Mütəxəssisdən xəbərdarlıq: Hər 6 nəfərdən biri bu problemlə üzləşə bilər

Mütəxəssisdən xəbərdarlıq: Hər 6 nəfərdən biri bu problemlə üzləşə bilər Dünya

Pandemiya başa çatsa da, COVID-19-un bəzi təsirləri hələ də davam edir.

News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, virusa yoluxan hər 6 nəfərdən birində uzunmüddətli COVID əlamətləri müşahidə oluna bilər.

Uzunmüddətli COVID özünü davamlı yorğunluq, halsızlıq, oynaq ağrıları, nəfəs darlığı, ürəkdöyünmə, unutqanlıq, diqqət dağınıqlığı və əhval dəyişiklikləri ilə göstərə bilər. Bir çox insan bu şikayətlərin səbəbinin keçirdiyi COVID-19 infeksiyası olduğunu bilməyə bilər.

Mütəxəssislər bildirirlər ki, bu əlamətlər uzun müddət davam edərsə, həkim müayinəsindən keçmək vacibdir. Çünki uzunmüddətli COVID getdikcə daha ciddi ictimai sağlamlıq problemlərindən birinə çevrilir.