Napoleonun mesajı 217 ildən sonra deşifrə edildi
Dünya
Süni intellekt Napoleonun 217 il əvvəl yazdığı şifrəli məktubu deşifrə edib.
News24.az xəbər verir ki, “The Daily Telegraph” qəzetinin yazdığına görə, süni intellekt Fransa imperatoru I Napoleon Bonapartın 1809-cu ildə generalı Ogüst Frederik Lui Marmonta göndərdiyi şifrəli məktubu 217 il sonra deşifrə edib.
Kəşfi ABŞ-ın SentinelOne kibertəhlükəsizlik şirkətində çalışan süni intellekt mühəndisi Karter Çörç edib. O, məktubun şifrəsini açmaq üçün OpenAI-ın GPT-6 Astra sistemindən istifadə edib.
Məktubda rəqəmlər, hərflər, yunan əlifbasının simvolları və müxtəlif işarələrdən ibarət 1300 şifrələnmiş simvol olub. Şifrə açarı itirildiyindən sənədin məzmunu iki əsrdən artıq müddətdə naməlum qalıb.
Süni intellekt təxminən 6 saat ərzində simvolları təhlil edib və əvvəllər kriptoqraflar tərəfindən müəyyənləşdirilmiş 33 simvolla müqayisə aparıb. Daha sonra sistem sözləri müəyyənləşdirərək onları Marmontun günümüzə qədər gəlib çatan yazıları ilə müqayisə edib.
Deşifrə edilmiş mesajda Napoleon Avstriyanın müxtəlif istiqamətlərdən hücuma məruz qaldığını və bunun ölkənin sürətlə məğlubiyyətə doğru getdiyini yazıb.
Məktubun ünvanlandığı general Marmont Dalmatiyada, indiki Xorvatiya ərazisində yerləşən Fransa qüvvələrinə rəhbərlik edirdi. Daha sonra o, Napoleonun ordusuna qoşulub və Vaqram döyüşündəki qələbədən sonra marşal rütbəsinə yüksəldilib