NASA astronavtları Aydakı yadplanetlilər barədə susmağa məcbur etdi
Dünya
Ayda olan NASA astronavtlarına orada gördükləri yadplanetli mənşəli kosmik gəmilər barədə danışmaq qadağan edilib.
News24.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri yazıb.
İnternet istifadəçiləri 2021-ci ildə vəfat edən Donna Heyrin müsahibəsinə diqqət yetiriblər. Qadın 1967-ci ildən 1981-ci ilə qədər "Ford" korporasiyasının hazırda fəaliyyət göstərməyən və həmin dövrdə isə NASA ilə əməkdaşlıq edən "Philco Ford Aerospace" aerokosmik bölməsində çalışıb.
Donna "Məlumatların Açıqlanması" layihəsinin müəllifləri ilə söhbəti zamanı Aydan qayıdan astronavtlarla işləyən bir həkimi şəxsən tanıdığını bildirib. Onun sözlərinə görə, həmin həkim iddia edib ki, astronavtların bir çoxu uçuş zamanı onları müşayiət edən gəmilər barədə danışıblar.
"Məndə olan məlumata görə, onlar Aya eniş edən zaman orada daha üç gəmi olub", — deyə o bildirib.
Donna Heyr əlavə edib ki, astronavtlara Ayın səthində görünən obyektlər barədə həm şifahi, həm də yazılı şəkildə məlumat yaymaq qadağan edilib, onlar məxfiliyin qorunması haqqında müqavilə imzalayıblar.