NASA Marsın yeni görüntülərini yaydı - FOTOLAR
Dünya
NASA-nın “Psyche” adlı kosmik aparatı Marsın yaxınlığından keçərkən nadir görüntülər qeydə alıb.
News24.az xəbər verir ki, 2023-cü ildə kosmosa göndərilən aparat əsas asteroid qurşağında yerləşən “16 Psyche” adlı metalla zəngin asteroidə doğru hərəkət edir.
Məlumata görə, kosmik aparat mayın 15-də Mars planetinin yaxınlığından keçərək onun cazibə qüvvəsindən istifadə edib və əlavə sürət qazanıb.
Missiya zamanı Marsın aypara görnüşü, cənub qütbündəki buz örtüyü, nəhəng kraterlər və toz izləri görüntülənib.
Alimlər hesab edirlər ki, “16 Psyche” qədim planet nüvəsinin qalıqları ola bilər. Bu nəzəriyyə təsdiqlənərsə, tədqiqatçılar ilk dəfə planet nüvəsini birbaşa araşdırmaq imkanı əldə edəcəklər.
NASA kosmik aparatın 2029-cu ildə asteroidə çatmasının planlaşdırıldığını açıqlayıb.