NATO-dan Rusiyaya xəbərdarlıq: Nəticəsi dağıdıcı olacaq!
Dünya
Əgər Rusiya nüvə silahından istifadə edərək Ukraynaya zərbə endirmək qərarına gələrsə, dağıdıcı nəticələrlə üzləşəcək.
News24.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
"Onlar bilirlər ki, əgər bu baş verərsə, nəticələr dağıdıcı olacaq", - deyə o bildirib.
Qeyd edək ki, Belarusda Rusiyanın iştirakı ilə nüvə silahının döyüş istifadəsi və nüvə dəstəyi ilə bağlı hərbi təlimlər başlayıb.//axar.az