NATO nümayəndələri Brüsseldə toplanacaq
Dünya
NATO nümayəndələri bu həftə Brüsseldə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya rəsmiləri ilə görüşəcəklər.
News24.az xəbər verir ki, görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması yolları müzakirə olunacaq.
NATO -nun sözçüsü Alison Hart bildirib ki, müharibəyə ədalətli və davamlı son qoymaq üçün diplomatik müzakirələr davam edir.
Onun sözlərinə görə, görüş Mayami və Osloda keçirilən müzakirələrdən sonra təşkil olunacaq.
Görüşün dəqiq tarixi, iştirakçıların sayı və gündəliyi barədə hələlik məlumat verilməyib.