NATO PUA-lara qarşı daha ucuz müdafiə sistemlərini gücləndirəcək
Dünya
NATO pilotsuz uçuş aparatlarına (PUA) qarşı daha ucuz və effektiv müdafiə sistemlərindən istifadəni genişləndirəcək.
News24.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə Litvanın Baş naziri Mindauqas Sinkeviçius ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Rutte bildirib ki, NATO-nun şərq cinahında hava məkanının pozulması PUA təhlükəsinin artdığını göstərir.
Onun sözlərinə görə, ucuz PUA-lara qarşı mübarizədə bahalı qırıcı təyyarələrdən istifadə etmək əvəzinə, daha münasib qiymətə başa gələn müdafiə sistemlərinin imkanları artırılacaq.