Nazirin olduğu təyyarə eniş zamanı alovlandı

Nazirin olduğu təyyarə eniş zamanı alovlandı Dünya

Konqo Demokratik Respublikasında sənaye nazirinin də olduğu təyyarə eniş zolağını aşaraq ərazidən çıxıb və yanmağa başlayıb.

News24.az xəbər verir ki, bu barədə “Actualite” portalı məlumat yayıb.

Hadisə zamanı təyyarədə 20 sərnişin olub və onlardan heç biri xəsarət almayıb.

İnsidentdən dərhal sonra ekipaj və sərnişinlər təyyarəni tərk ediblər. Yanğın qısa müddətdə nəzarət altına alınıb. Hadisənin səbəbləri araşdırılır.