Nəcəf hava limanı İran reyslərini dayandırdı

Nəcəf hava limanı İran reyslərini dayandırdı Dünya

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb.

News24.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Nəcəf hava limanı İrana və İrandan olan reyslərin sentyabrın 25-i saat 02:00-dan etibarən ləğv edildiyini açıqlayıb. Bununla belə, bəzi aviaşirkətlərin adları hələ də Tehrandan Nəcəfə uçuş cədvəlində göstərilir, zəvvar karvanları da Nəcəfə uçuş gözləyir. Tehranın İmam Xomeyni adına hava limanının çıxış tablosunda hələ də bəzi Tehran-Nəcəf reysləri yer alır.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ İran aviasiyasına sanksiya tətbiq edib. Sanksiyada İrana uçuşlara yardım edəcək ölkələrə də məhdudiyyətlərin tətbiq olunacağı bildirilib.