Nensi Pelosidən gözlənilməz qərar: 40 il sonra…
Dünya
ABŞ Nümayəndələr Palatasının ilk qadın spikeri olan Nensi Pelosi 2026-cı ildə yenidən Konqresə namizədliyini irəli sürməyəcək. Bununla da o, 40 illik siyasi karyerasına nöqtə qoyur.
News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə 85 yaşlı Pelosi “X” sosial platformasında yayımladığı videoda bildirib.
“Konqresə yenidən namizədliyimi verməyəcəyəm. Minnətdarlıqla dolu bir qəlblə son xidmət ilimi keçirirəm”, – o qeyd edib.
Qeyd edək ki, Nensi Pelosi 1987-ci ildə Konqresə seçilib.