Nepalda daşqınlar - 165 ölü

Nepalda daşqınlar - 165 ölü Dünya

Nepalın bir neçə bölgəsində leysan yağışların yaratdığı daşqınlardan sonra 165 nəfərin meyiti tapılıb.

News24.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Axtarış qrupları hələ də itkin düşmüş hesab olunan 826 nəfərin tapılması üçün əməliyyatları davam etdirirlər.

Bundan başqa, 466-sı xarici vətəndaş olmaqla 579 turistlə əlaqə itib.