Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1367-yə çatdı
Dünya
Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsində və ətraf ərazilərdə baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1367-yə çatıb.
News24.az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatının yaydığı məlumata görə, 5132 nəfər itkin düşüb. Onların axtarış-xilasetmə işləri davam etdirilir.
Bildirilib ki, axtarış-xilasetmə, yardımın paylanması, cəsədlərin çıxarılması və digər təcili işlərin aparılması üçün fəlakət bölgələrinə 21 185 təhlükəsizlik əməkdaşı göndərilib.