Nepalda daşqınlar səbəbindən ölənlərin sayı 1355-ə çatdı

Nepalda daşqınlar səbəbindən ölənlərin sayı 1355-ə çatdı Dünya

Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1355-ə çatıb.

News24.az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatının məlumatına görə, 4996 nəfər itkin düşüb. Onların axtarışı davam edir.

Daşqınlar nəticəsində 6672 nəfər xəstəxanaya yerləşdirilib. Fəlakət bölgələrində axtarış-xilasetmə və digər təcili işlərə 21 mindən çox təhlükəsizlik əməkdaşı cəlb olunub.

Hökumətin elan etdiyi matəm günü ilə əlaqədar ölkədə dövlət bayraqları yarıya endirilib.