Nepalda ölənlərin sayı artdı
Dünya
Nepalın şimalında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 974 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, 10 461 nəfər xilas edilib, lakin təxminən 4,2 min nəfər hələ də itkin düşmüş hesab olunur.
Onların arasında 592 əcnəbi var.
Bundan başqa, 933-dən çox hidroelektrik stansiya əməkdaşının tunellərdə blokada vəziyyətində qala biləcəyi ehtimal edilir.