98 məhkəmə iclasından sonra ifadəsini yekunlaşdırdı
Dünya
İsrailin Baş naziri Benyamin Netanyahunun 1,5 il davam məhkəmə proseslərində korrupsiya işləri üzrə ifadələri yekunlaşıb.
News24.az İsrail KİV-lərinin istinadən xəbər verir ki, baş nazirin ifadə verməsi üçün ümumilikdə 98 məhkəmə iclası keçirilib.
İfadə vermə prosesi başa çatdıqdan sonra Netanyahu bəyan edib ki, bütün bu məhkəmə araşdırmalarının məqsədi onun siyasi nüfuzuna zərbə vurmaqdır.
“Ölkəni bəlkə də ən ağır sınaqlardan keçirməyə çalışdığım onillik cəhənnəmdən sonra bu alçaq, yalan və bədxah kampaniyanı görmək, xüsusilə ağırdır. Əslində, bu, təkcə mənim şəxsi hüquqlarıma qarşı deyil, həm də cəmiyyətin məni özünə lider seçmək hüququna qarşı yönəlib", – deyə İsrailin Baş naziri bəyan edib.
Qeyd edək ki, Netanyahuya qarşı bir neçə cinayət işi üzrə araşdırma aparılır. Ən ciddi ittihamlardan biri “4000-ci iş” adlanan korrupsiya işi ilə bağlıdır.
Bu iş üzrə Netanyahu ölkənin ən böyük telekommunikasiya şirkətlərindən biri olan “Bezeq”in maraqlarını müdafiə etmək müqabilində şirkətə məxsus populyar xəbər portalı “Walla”da özü haqqında müsbət materialların dərc olunmasına şərait yaratmaqda ittiham olunur. /RİA/