"Netanyahu Allahın köməyi ilə..." - “Likud”dan açıqlama

"Netanyahu Allahın köməyi ilə..." - “Likud”dan açıqlama Dünya

İsrailin baş naziri Benyamin Netanyahu payızda keçiriləcək parlament seçkilərində iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi və hazırkı hakim koalisiyaya başçılıq edən “Likud” partiyası açıqlama verib.

“Baş nazir Netanyahu qarşıdan gələn seçkilərdə iştirak edəcək və Allahın köməyi ilə qalib gələcək”, — deyə partiyanın “X” sosial şəbəkəsində yayılan bəyanatında deyilir.