Netanyahu: "Hücumun təşkilatçısı ağır bədəl ödəyəcək"
Dünya
İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, "FlyDubai" təyyarəsinə hücumu təşkil edən pilota sifarişin haradan verildiyini araşdırır.
News24.az xəbər verir ki, Netanyahu video çıxışında bildirib: "Zaman keçdikcə mənzərə daha da aydınlaşır: hücumçu radikal islamlaşmaya məruz qalıb və onun məqsədi sərnişinlərlə birlikdə təyyarəni məhv etmək olub. Biz onun kim tərəfindən göndərilib-göndərilmədiyini araşdırırıq və ona kim rəhbərlik edibsə, çox yüksək bədəl ödəyəcək".
Cümə günü BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş "FlyDubai" təyyarəsində baş verən hadisəni "təhlükəli terror aktı" adlandırıb.