Netanyahu israillilərdən "səbirli olmalarını" xahiş etdi

Netanyahu israillilərdən "səbirli olmalarını" xahiş etdi Dünya

Baş nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Netanyahu İsrail ordusunun zirehli bölmələrinə aid bazaya baş çəkib və əsgərlərlə görüşüb.

News24.az "TRT Haber"-ə istinadən xəbər verir ki, Netanyahu səfər zamanı verdiyi açıqlamada İsrailin həm müdafiəyə, həm də hücuma hazır olduğunu bildirib.

Qələbəyə doğru irəlilədiklərini iddia edən Netanyahu, "İsrail vətəndaşlarının ayıq-sayıq olduğunu bilirəm və sizdən yalnız bir istəyim var. Səbrinizi və soyuqqanlılığınızı qoruyun", - deyib.

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.

İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Tel-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib.

Məryəm İlhamqızı