Netanyahu məhkəmədən bunu xahiş etdi

Netanyahu məhkəmədən bunu xahiş etdi Dünya

İsrail məhkəməsi Baş nazir Benyamin Netanyahunun müraciəti əsasında ona qarşı açılmış işlər üzrə məhkəmə iclaslarının vaxtını təhlükəsizlik və siyasi səbəblərlə əlaqədar qısaldıb.

News24.az xəbər verir ki, hakimlərin qərarına əsasən, Netanyahunun işi üzrə dinləmələr mayın 26-da saat 13:30-da başa çatacaq, mayın 27-də isə qısaldılmış formatda saat 09:00-dan 11:00-dək keçiriləcək.

Qeyd edək ki, İsrail Baş naziri üç korrupsiya işi üzrə ittiham olunur. Ona siqar və şampan da daxil olmaqla 700 min şekeldən (təxminən 230 min dollar) artıq dəyərdə qanunsuz hədiyyələr almaq, media tərəfindən müsbət işıqlandırılma müqabilində tənzimləmə qərarlarında saxtakarlıq etmək, həmçinin yaxın şəxslərin maraqları naminə layihələrin irəlilədilməsi üçün rüşvət almaq ittihamları irəli sürülüb.

Tel-Əviv və Qüds məhkəmələrində proses 2020-ci ildən davam edir. Netanyahu isə ittihamları dəfələrlə rədd edib.

Baş nazir məhkəmədə ifadə verməyə 2024-cü ilin dekabrında başlayıb. /Ynet/