Netanyahu: İran məsələsində İsraillə ABŞ arasında fikir ayrılığı yoxdur

Netanyahu: İran məsələsində İsraillə ABŞ arasında fikir ayrılığı yoxdur Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsi ilə ABŞ arasında İran da daxil olmaqla siyasi məsələlərdə fikir ayrılığının olmadığını bildirib.

News24.az-ın məlumatına görə, o, bu barədə "Fox News" telekanalının efirində deyib.

"Düşünmürəm ki, fikir ayrılıqları var", - Netanyahu iki ölkə arasındakı münasibətlərdən danışarkən bildirib.

Onun sözlərinə görə, İsrail ABŞ-nin nümunəvi müttəfiqidir, çünki həqiqətən Vaşinqtonla çiyin-çiyinə mübarizə aparır.

"Düşünürəm ki, əsl sual İranla bağlı fərqli məqsədlərimizin olub-olmamasıdır. Cavab - "yox", - Baş nazir vurğulayıb.

O qeyd edib ki, İsrail və ABŞ İranın nüvə silahı proqramından imtina etməsinə, zənginləşdirilmiş materialları çıxarmasına və uran zənginləşdirmə qurğularını sökməsinə çalışır. "Bizim başqa ortaq məqsədlərimiz də var", - Netanyahu əlavə edib.