Netanyahu İranı vurmaq istədi, ABŞ icazə vermədi
Dünya
İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın əvvəlində ölkənin Hərbi Hava Qüvvələrinə İran ərazisinə zərbələr endirməyə hazırlaşmaq barədə göstəriş verib.
News24.az xəbər verir ki, hərbi əməliyyat ABŞ tərəfindən təsdiqlənməyib.
Planlaşdırılan hücumlar nəticəsində dəyməsi nəzərdə tutulan dağıntıların miqyası bu ilin fevral ayının sonunda vurulan zərərlə müqayisə edilə biləcək səviyyədə olmalı idi.