Netanyahu: "İsrail ABŞ-dən asılı olmaqdan qurtarmalıdır"

Netanyahu: "İsrail ABŞ-dən asılı olmaqdan qurtarmalıdır" Dünya

İsrail silahlanma sahəsində ABŞ-dan asılılıqdan qurtarmalı və özünün müstəqil silah istehsalını yaratmalıdır.

News24.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

“Silahlanma sahəsində müstəqillik istəyirəm. Amerikalı dostlarımızın dəstəyini yüksək qiymətləndirirəm, lakin biz asılılıqdan qurtarmalı və müstəqil silah istehsalı qurmalıyıq. Öz silahlarımızı özümüz istehsal etməliyik”, – deyə o bildirib.

Netanyahu qeyd edib ki, İsrail hazırda İran və onun müttəfiqlərinə qarşı mübarizə aparır.

“Biz onlara zərbələr endirmişik, bu, hələ son deyil, lakin hər şey bizim gücümüzdən asılıdır. 30 ildən sonra harada olacağımız məhz gücümüzdən asılıdır. Buna görə də hazırda etdiyimiz iş nəhəng güc potensialının formalaşdırılmasıdır”, – deyə İsrailin baş naziri əlavə edib.