Netanyahu və Tramp üz-üzə - Bu şərtə əməl etmək istəmir
Dünya
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, Vaşinqton və Tehran arasında sülh sazişinin imzalanması planlarına baxmayaraq, İsrail Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədir.
News24.az xəbər verir ki, bu barədə “Ynet” portalı mənbələrə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunub ki, Netanyahu İsrailin Livandan qoşunlarını çıxarmayacağını bəyan edib.
İsrailin Baş naziri həmçinin İranla bağlanacaq razılaşmada Livana dair müddəaların ona şamil edilmədiyini vurğulayıb.
Qeyd edək ki, iyunun 14-də Donald Tramp ABŞ-nin İranla razılıq əldə etdiyini təsdiqləyib.
O, Hörmüz boğazının maneəsiz açılmasına və İran İslam Respublikasına qarşı tətbiq edilən dəniz blokadasının dərhal aradan qaldırılmasına icazə verildiyini açıqlayıb.
Danışıqlarda vasitəçi qismində çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif isə tərəflərin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiyini bildirib.
Qeyd edək ki, bu məlumatlar məqalədə göstərilən mənbələrin iddialarıdır.