Netanyahu xəstəxanaya yerləşdirildi

Netanyahu xəstəxanaya yerləşdirildi Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki tibb müəssisələrindən birinə yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, siyasətçi hazırda diş müalicəsi alır.

Nəşr qeyd edib ki, Netanyahunun sağlamlıq vəziyyəti uzun müddətdir ictimaiyyətin diqqət mərkəzindədir. Bəzi vətəndaşlar baş nazirin tibbi məlumatları gizlətdiyini düşünərək onu tənqid edirlər.

Xatırladaq ki, Netanyahu aprelin 24-də prostat vəzində aşkarlanan bədxassəli şişin götürülməsi əməliyyatını uğurla keçirdiyini açıqlamışdı.

Məlumata görə, xəstəlik təxminən 1,5 il əvvəl prostatdakı xoşxassəli şişin götürülməsindən sonra aparılan planlı tibbi müayinə zamanı erkən mərhələdə aşkar edilib.

Baş nazirin sözlərinə görə, həkimlər ölçüsü bir santimetrdən kiçik olan şiş aşkarlayıb və onu qısa müddətdə götürüblər.

Netanyahu əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.