Netanyahuya ETİRAZ - Zalı tərk etdilər - VİDEO
Dünya
Təxminən 70 ölkənin nümayəndəsi İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışına etiraz olaraq zalı tərk edib.
News24.az xəbər verir ki, etiraz edən ölkələr arasında Türkiyə, Fələstin, Misir, İran, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, İraq, İspaniya, Braziliya, İndoneziya, Malayziya, Pakistan və digər dövlətlər olub.
Bəzi ölkələrin nümayəndələri isə Netanyahunun çıxışını zalda dinləməyə davam ediblər. Onların arasında ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya, BƏƏ, Bəhreyn, Portuqaliya, Polşa və digər ölkələr yer alıb.
Qeyd edək ki, Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı İsrailin Qəzzadakı hərbi əməliyyatlarından danışıb.