Londonda aça bilmədiyi su qabını Antalyada açdı – VİDEO
Dünya
Antalyada Diplomatiya Forumunda maraqlı və diqqətçəkən anlar yaşanıb.
News24.az xəbər verir ki, Suriya dövlət başçısı Əhməd əş-Şaraa forum zamanı etdiyi jestlə gündəmə gəlib.
Çıxışı əsnasında qarşısındakı su şüşəsini rahatlıqla açdığı əsnada, Şaraa zarafatla “Bu, Britaniyadakından daha yaxşıdır”, – deyib.
Bununla bağlı görüntülər “Türkiye” qezetinin sosial media hesablarında paylaşılıb.
Bu replika Şaraanın Londonda qatıldığı bir tədbirdə qarşılaşdığı hadisəyə yumorlu cavabı kimi qarşılanıb.
Həmin tədbirdə Suriya lideri su şüşəsini aça bilməmiş, bir neçə cəhddən sonra isə şüşəni tədbirin aparıcısı açaraq ona təqdim etmişdi. Bu anlar sosial şəbəkələrdə geniş yayılaraq müzakirə mövzusuna çevrilmişdi.
Bu gün Antalyada etdiyi jesti isə Əhməd əş-Şaraanın əvvəlki hadisəyə yumorlu bir xatırlatma kimi qarşılanıb və zalda gülümsəmələrə səbəb olub. (Yeni Sabah)