Niderlandda məktəbliləri avtomobil vurdu: ölən və yaralananlar var
Dünya
Niderlandın cənub-qərbindəki Zeeland əyalətində velosiped sürən bir qrupun avtomobillə vurulması nəticəsində iki uşaq da daxil olmaqla, üç nəfər həlak olub.
News24.az xəbər verir ki, bu barədə regional televiziya stansiyası “Omroep Zeeland”ın məlumatında deyilir.
Bildirilib ki, hadisə Terhole kəndi yaxınlığındakı magistral yolda baş verib. Avtomobil məktəb gəzintisində olan uşaqlar qrupunu və onları müşayiət edən böyükləri vurub. Nəticədə iki uşaq və bir yetkin şəxs ölüb. Digər dörd uşaq ağır vəziyyətdə Belçika və Niderlanddakı yaxınlıqdakı xəstəxanalara, o cümlədən Gent və Antverpen universitet xəstəxanalarına, eləcə də Erasmus Universiteti Tibb Mərkəzinə aparılıb.
Polis hadisənin səbəbləri ilə bağlı araşdırmaya başlayıb. (axar.az)