Hökm oxunarkən pala ilə hakimə hücum etdi

Hökm oxunarkən pala ilə hakimə hücum etdi Dünya

News24.az xəbər verir ki, hadisə məhkəmə iclası zamanı baş verib.

Təqaüdçü kişi qəfildən palanı çıxararaq hakimə bir neçə dəfə zərbə endirib.

Zərbələr hakimin qoluna dəyib. Yaralar ağır olduğundan hakim xəstəxanaya çatdırılıb.

Hadisə proses iştirakçılarının gözü qarşısında baş verib.

Polis əməkdaşları hücum edən şəxsi hadisə yerində saxlayaraq zərərsizləşdiriblər.

Daha sonra 87 yaşlı kişi peşman olduğunu bildirib və təqsirini etiraf edib.

O, hakimə hücum etməsinə səbəb kimi şeytanın onu yoldan çıxarmasını göstərib.