Nigeriyada göyərtəsində 32 nəfərin olduğu təyyarə qəzaya uğradı

Nigeriyada göyərtəsində 32 nəfərin olduğu təyyarə qəzaya uğradı Dünya

Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus, göyərtəsində 32 nəfərin olduğu ATR-42 tipli təyyarə Ondo ştatında qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı Nigeriya Hərbi Hava Qüvvələrinin sözçüsü yayıb.

Belə ki, təyyarə Ondo ştatındakı İqbokoda şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədəki şəxslərin – 25 sərnişin və 7 ekipaj üzvünü taleyi hələlik məlum deyil.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.