Nigeriyada xəstəxana çökdü - Video
Dünya
Nigeriyanın Kross-River ştatının Kalabar şəhərində leysan yağışları sürüşməyə səbəb olub.
News24.az xəbər verir ki, leysanlar nəticəsində şəhər sakinlərinin evlərinə ziyan dəyib və YUNİSEM xəstəxanası tamamilə dağılıb.
Personal və xəstələr yaxınlaşan təhlükənin əlamətlərini əvvəlcədən gördükləri üçün vaxtında təxliyə olunublar.
Kross-River ştatının hökuməti xəstəxananın dağılması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Yaxın günlərdə dəymiş zərərin qiymətləndirilməsi və bölgənin tibbi infrastrukturunun bərpası ilə bağlı tədbirlərin görülməsi gözlənilir.