Norveç kralı 89 yaşında vəfat etdi
Dünya
Norveç kralı V Haralld 89 yaşında Oslodakı xəstəxanada vəfat edib.
News24.az xəbər verir ki, bu barədə Norveç Kral Evinin mətbuat xidməti məlumat yayıb.
“Kədər hissi ilə bildiririk ki, Əlahəzrət kral Haralld bu gün vəfat edib”, – açıqlamada deyilir.
Qeyd edək ki, 89 yaşlı V Haralld avqustun 17-də infeksiya və hemolitik anemiyanın fəsadları səbəbilə xəstəxanaya yerləşdirilmişdi.
Avqustun 27-də Kral Evi onun səhhətinin pisləşdiyini və vəziyyətinin çox ağır olduğunu açıqlanmışdı.
Qlyuksburq sülaləsinin nümayəndəsi olan V Haralld 1991-ci ildən Norveç taxtında olub.
Onun yerinə 53 yaşlı oğlu Haakon keçəcək.