Norveç Kralı xəstəxanalıq oldu
Dünya
Norveç Kralı V Harald səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Norveç Kral Sarayı açıqlama yayıb.
Bildirilib ki, 89 yaşlı monarxın bədənində maye yığılması müşahidə olunub və o, müalicə üçün xəstəxanaya yerləşdirilib.
Nadir qan xəstəliyi olan hemolitik anemiyadan müalicə alan Kral Haraldın iki həftə xəstəlik məzuniyyətində olacağı bildirilib. Bu müddətdə kral vəzifələrini onun oğlu, Vəliəhd Şahzadə Hakon icra edəcək.
Norveç Kral Sarayı 2024-cü ilin aprelində Kral Haraldın yaşının artması ilə əlaqədar rəsmi tədbirlər proqramının uzunmüddətli əsasda azaldılacağını açıqlamışdı.
1991-ci ilin yanvarından Norveç taxtında olan Harald Avropanın ən uzun müddət hakimiyyətdə qalan monarxlarından biridir. O, daha əvvəl taxtdan imtina etməyəcəyini dəfələrlə bildirib.