Nostradamusun 2027-ci ilə bağlı qorxunc proqnozları

Nostradamusun 2027-ci ilə bağlı qorxunc proqnozları Dünya

Tədqiqatçılq Nostradamusun dördlüklərində (katrenlərində) 2027-ci ilə aid proqnozlar aşkar ediblər.

Bəzi şərhçilərin versiyasına görə, hər bir "Yüzilliyin" (Senturiya) 27-ci dördlüyü gələn il üçün məlumatları ehtiva edir.

İddia edilir ki, onlar Yaxın Şərq bölgəsindəki dəyişikliklərə — Fars torpaqlarından bir gücün gəlişinə, Qara dəniz yaxınlığında atəş və silahla gedən münaqişələrə, həmçinin irimiqyaslı meşə yanğınlarına, qərbdən və cənubdan şərqə doğru irəliləyən səma atəşinə işarə edir.

Bundan əlavə, tədqiqatçılar mətnlərdə iqtisadi çətinliklərin əlamətlərini — qızıl və gümüşün qiymətinin artmasını, qiymətli kağızların dəyərdən düşməsini, borc yükünün artmasını və prezidentlik mübarizəsi fonunda Fransada ehtimal olunan siyasi təlatümləri görürlər.

Lakin şərhçilər bu cür xronoloji bağlılıqların əsaslı olmasına şübhə ilə yanaşıb və bunları konkret hadisələrə etibarlı bir işarə kimi deyil, məşhur mətnlər ətrafında yaradılan ajiotajın bir nümunəsi kimi qiymətləndirib.