Nuhun gəmisinin olduğu yer aşkarlandı

Nuhun gəmisinin olduğu yer aşkarlandı Dünya

Tədqiqatçı Cimmi Korsetti qədim xəritədə Nuhun gəmisinin yerləşdiyi yerə dair işarə aşkar etdiyini və bunun Türkiyədəki real məkanla üst-üstə düşdüyünü bildirib.

News24.az xəbər verir ki, italiyalı kartoqraf Urbano Monte 1587-ci ildə 60 əlyazma vərəqindən ibarət nəhəng “Planisfera” xəritəsini tamamlayıb. Xəritə tam şəkildə yığıldıqda onun diametri üç metrə çatır və bu, dünyanın ən böyük erkən dövr xəritələrindən biri hesab olunur.

Korsetti xəritədə göstərilən məkanın müasir Türkiyə ərazisində yerləşən Ağrı dağı ilə əlaqəli olduğunu qeyd edib.

Həmin ərazidə gəmini xatırladan formaya malik “Dürüpınar obyekti” adlı qaya quruluşu da yerləşir. Onun ölçülərinin Bibliyada təsvir edilən gəminin ölçülərinə yaxın olduğu bildirilir.

“Noah’s Ark Scans” adlı araşdırma qrupu bölgəni georadar vasitəsilə tədqiq edib və yerin altında üç göyərtəli gəminin daxili quruluşunu xatırladan dəhlizlər və boşluqlar aşkar etdiyini açıqlayıb.

Torpaq nümunələrinin analizi göstərib ki, qaya quruluşunun daxilindəki torpaqda üzvi maddələrin miqdarı üç dəfə, kaliumun səviyyəsi isə 38 faiz daha çoxdur.

Torpaqşünaslar bu göstəriciləri ağac materialının çürüməsi ilə əlaqələndirirlər. Ərazinin yaxınlığında həmçinin daşlaşmış mərcanlar və dəniz molyusklarının qabıqları aşkar edilib. /New York Post/