"Nvidia" rəhbəri istefa verdi

"Nvidia" rəhbəri istefa verdi Dünya

ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin təsisçisi Censen Huanq prezident, baş direktor və idarə heyətinin üzvü vəzifəsindən istefa verib.

News24.az "Reuters"ə  xəbər verir ki, şirkət rəhbərliyin dəyişdiyini və daimi varis axtarışının başladığını elan edib.

Maliyyə direktoru Kolett Kress müvəqqəti baş direktor vəzifəsini icra edəcək. Harvi Cons "Nvidia" şirkətində yeni vəzifə olan idarə heyətinin sədri təyin edilib. İdarə heyəti həm şirkət daxilindən, həm də şirkət xaricindən namizədləri nəzərdən keçirəcək.