NYT: Ukraynada müharibə səmada gedir

NYT: Ukraynada müharibə səmada gedir Dünya

Ukraynada döyüşlər əsasən, sabitləşib və müharibə hava üstünlüyü uğrunda mübarizə mərhələsinə keçib.

News24.az xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Times" (NYT) qəzeti yazıb.

Nəşrin məlumatına görə, hazırda tərəflər əsas diqqəti pilotsuz uçuş aparatları, raketlər, elektron mübarizə vasitələri və yeni texnologiyaların tətbiqinə yönəldib.

Məqalədə qeyd olunur ki, Ukrayna hərbi sənaye istehsalı baxımından Rusiya ilə rəqabət aparmaqda çətinlik çəkir. Bildirilir ki, Rusiya hər ay minlərlə pilotsuz uçuş aparatı və raket istehsal edir.

NYT yazır ki, müharibənin hazırkı mərhələsində əsas mübarizə cəbhə xəttindən daha çox hava məkanında gedir.