Nyu-Cersi suya qərq oldu – VİDEO
Dünya
ABŞ-nin Nyu-Cersi ştatında şimal-şərq fırtınasının gətirdiyi güclü yağışlar daşqınlara səbəb olub.
News24.az xəbər verir ki, yağıntılar nəticəsində yollar su altında qalıb, bəzi evlərə su dolub.
Fırtınanın Nyu-Cersi və Delaver ştatlarına daha çox təsir edəcəyi gözlənilir.
Güclü hava şəraiti ölkənin şimal-şərqində elektrik enerjisinin verilişində də fasilələrə səbəb olub. 70 mindən çox evin elektriksiz qaldığı bildirilib. (Qafqazinfo)