Nyu-York küçələri su altında qaldı – VİDEO

Nyu-York küçələri su altında qaldı – VİDEO Dünya

ABŞ-nin şərq sahillərinə daxil olan qasırğa və onun gətirdiyi leysan yağışlar, Nyu York şəhərinin bir sıra küçələrində daşqınlara yol açıb.

News24.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Sosial şəbəkələrdə yayılan videolarda, bir sıra küçələrin sel sularına qərq olduğunu, yollarda tıxacların yarandığını görmək olur.

ABŞ Milli Hava Xidməti sakinlərə imkan daxilində şəxsi avtomobilləri ilə Bruklin, Steyten Aylend, Kuins və Manhetten rayonlarında su basmış yollarda hərəkət etməməyi tövsiyə edib. (Trend)