Nyu-York metrosunda sərnişinlərə hücum oldu, yaralılar var

Nyu-York metrosunda sərnişinlərə hücum oldu, yaralılar var Dünya

Nyu-Yorkun Mərkəzi vağzalında maçeteli kişi metro sərnişinlərinə hücum edib.

News24.az xəbər verir ki, hücum edən şəxs üç nəfəri - 85 yaşlı kişi, 70 yaşlı qadın və 65 yaşlı kişini yaralayıb. Həmçinin iki polis əməkdaşı xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Hücum edən şəxs müqavimət göstərməyə cəhd edərkən polislər tərəfindən güllələnib. Onun şəxsiyyəti müəyyən edilməyib. (Report)