O da Paşinyandan incidi, yeni vəzifədən imtina etdi

O da Paşinyandan incidi, yeni vəzifədən imtina etdi Dünya

Ard-arda hərbçi ölümlərindən sonra Ermənistan Müdafiə Nazirliyində yeni istefaların olacağı bildirilir.

News24.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti hakimiyyət dairələrindəki mənbələrə istinadən yazıb.

Qeyd edək ki, avqustun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan ordudakı vəziyyəti şərh edərkən bu sahəyə birbaşa cavabdeh olan strukturlarda kadr qərarlarının qəbul ediləcəyini açıqlayıb.

“Biz müdafiə naziri ilə vəziyyəti müzakirə etdik. Bu günlərdə sözügedən problemlə birbaşa məşğul olan qurumlarda müəyyən kadr qərarları qəbul ediləcək”, – deyə baş nazir bildirib.

Bundan qısa müddət sonra hərbi polis rəisi Aşot Zakaryan vəzifəsindən azad olunması barədə ərizə təqdim edib.

“Joxovurd”un məlumatına görə, kadr dəyişiklikləri davam edəcək və digər vəzifəli şəxsləri də əhatə edəcək.

Nəşr hələlik söhbətin konkret olaraq kimlərdən getdiyini açıqlamır.

Məlumat üçün bildirək ki, ötən gün Müdafiə Nazirliyinin hərbi hissələrindən hərbi qulluqçu Qriqor Zakaryanın odlu silah yarası almış meyiti aşkarlanıb. İlkin versiyaya görə, o, intihar edib. Daha bir hadisə avqustun 12-də baş verib.

Həmin gün müqavilə əsasında xidmət edən hərbi qulluqçu intihara cəhd edib.