"Oğluma rayonlu qızı almaram"
Dünya
Rusiyalı jurnalist və aparıcı Kseniya Sobçak VK-da platformasında yayımlanan “Sənin haqqında nə düşünürlər?” adlı verilişində maraqlı etiraflar edib.
News24.az xəbər verir ki, aparıcı oğlu Platonun əyalətdən olan qızla münasibət qurmasının əleyhinə olduğunu deyib.
Verilişin qonağı Proxor Şalyapinin “Əgər oğlun gələcəkdə bütün mirasını həyat yoldaşının adına keçirsə, buna necə reaksiya verərsən?” sualında da o, "Belə vəziyyətin yaranmasının qarşısını əvvəlcədən alacam" deyə cavab verib: "
“Hər şeyi elə təşkil edəcəm ki, Saratovdan qatarla gələn hansısa qız mənim oğluma yaxın düşməsin. O sarışındır, Çin dili dərsləri alır, repetitorları var. İndi repetitorların qiyməti dəhşət bahadır... ....Onun yanında mənim kimi anası var. Birdən gedib kor -kobud bir əyalət qızı seçər. Sonra o da anası ilə gəlib mənim mənzilimə rahatca yerləşib borş bişirərlər. Üstəlik də deyərlər ki, “Kseniyanın gözəl brilyantları var, bizə hədiyyə eləsin. Ona görə də yox! Mən hər şeyi əvvəlcədən düşünərəm”, – deyə Sobçak bildirib.
Qeyd edək ki, Sobçakın aktyor Maksim Vitorqandan 9 yaşlı Platon adlı oğlu var.
Cütlük 2019-cu ilin yazında boşanıb. Teleaparıcı bildirib ki, ayrılıq övladları üçün mümkün qədər sakit keçib və onlar heç vaxt oğullarından bir-birlərinə qarşı təsir vasitəsi kimi istifadə etməyiblər.