Oğlundan pul almaq üçün özünü oğurlatdı

Oğlundan pul almaq üçün özünü oğurlatdı Dünya

Rusiyanın Kalininqrad şəhərində 42 yaşlı kişi 19 yaşlı oğlundan pul almaq üçün "özünü oğurladıb".

News24.az xəbər verir ki, o, planını həyata keçirmək üçün tanışından kömək istəyib.

Həmin şəxs telefonla oğlana zəng edərək atasının barmaqlarını kəsəcəkləri ilə hədələyib və 50 min rubldan çox pul tələb edib.

Hadisədən xəbərsiz olan oğul dərhal polisə müraciət edib. Hüquq-mühafizə orqanları pulun verilməsi əməliyyatını təşkil edib və həmin şəxs saxlanılıb.

Dindirmə zamanı o, oğurlanma hadisəsinin yalan olduğunu etiraf edib.

Faktla bağlı hədə-qorxu ilə pul tələb etmə maddəsi üzrə cinayət işi açılıb.

Hər iki şəxsi 7 ilədək həbs cəzası gözləyir.